Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Prezidenti Herzog, ABŞ Dövlət Katibi Marko Rubionu Qüdsdə qarşılamaqdan məmnunluğunu ifadə edib.

O, görüşdə İsrail və regionun qarşılaşdığı çətinlikləri müzakirə etdiklərini qeyd edərək əlavə edib:

“Mən Dövlət Katibi Rubiyoya İsrail-ABŞ etibarlı dostluğuna görə təşəkkürümü bildirdim, xüsusilə də bu gün, Trampın rəhbərliyi ilə tarixi İbrahim Razılaşmalarının imzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz günlərdə. Bu cəsarətli razılaşmalar sayəsində Yaxın Şərq, ən böyük çətinliklərə baxmayaraq, tərəfdaşlıq və əməkdaşlıq yolunda irəliləməyə davam edir.”

Herzog, ABŞ-a və BƏƏ, Bəhreyn və Mərakeşdəki İbrahim Razılaşmaları tərəfdaşlarına minnətdar olduğunu və Qüdsdən səmimi bir sülh, əməkdaşlıq və rifah ümid mesajı göndərdiyini bildirib.

İsrail Baş naziri Netanyahunun isə Rubio ilə keçirdiyi mətbuat konfransında dediyi sözlər belə olub: “Biz nəhəng çətinliklərlə üz-üzəyik: İranın və onun terrorçu nökərlərinin təcavüzü. ‘Amerikaya ölüm, İsrailə ölüm’ deyə qışqıranlar bunu təsadüfən etmir; onlar İsraili Yaxın Şərqdə Amerikan sivilizasiyasının ön cəbhəsi kimi görürlər.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp