Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Baş nazir Kristersson qeyd edib ki, İsveçin təxminən 70%-i meşələrlə örtülüdür: “Biz isveçlilər nəsillər boyu meşələrə qayğı göstərmişik və meşənin içində, kənarında və ondan dolanaraq yaşamışıq. Qışda evlərimizi isidib, bizə odun verib və kəndlərimizin dolanışığını təmin edib. Məktəbdə hər bir uşaq odunla işləməyi öyrənir.”

O bildirib ki, meşə onların mədəniyyətinin bir hissəsidir və bütün isveçlilərin böyük azadlığa və böyük məsuliyyətlərə malik olduqları ictimai çıxış hüququnun əsas elementidir:

“Avropanın böyük hissəsində torpaq düzdür. Aİ-dəki ucsuz-bucaqsız meşələrdən danışanda, bəziləri kiçik parklardan danışdığımızı düşünür; onlar nadir hallarda Skandinaviya iynəyarpaqlı meşələri ilə müqayisə oluna biləcək bir şey görüblər.”

Kristersson əlavə edib ki, onlar əsrlərdir meşələri idarə edirlər və bu, uğurlu olub: “Məhz buna görə də bu gün Finlandiyanın Baş naziri Petteri Orpo ilə birlikdə Avropa Komissiyasının sədri Leyenə məktub göndərdim. Biz istəyirik ki, Aİ iqlim və Avropanın təhlükəsizliyi naminə LULUCF qanunvericiliyində mövcud olan elastikliklərdən həqiqətən istifadə etsin.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp