Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Sözçü bazar günü televiziyada yayımlanan çıxışında İsrail limanları ilə ticarət edən şirkətlərə məxsus bütün gəmiləri hədəf alacaqlarını bildirib. Şirkətlərin hansı ölkədən olduğunun əhəmiyyət kəsb etmədiyini bildirən Husi sözçüsü, dünya güclərinin İsrail hökumətinə Qəzza blokadasını ləğv etdirmək üçün təzyiq göstərərək bu gərginliyi dayandıra biləcəyini vurğulayıb.

May ayında Husilər və ABŞ Yəmən sahillərində gəmilərə qarşı hücumların dayandırılmasını da əhatə edən atəşkəs razılaşmasına gəliblər. Razılaşma Husilərin İsraillə olan qarşıdurmasını əhatə etmirdi. Bu ayın əvvəlində onlar eyni həftə ərzində iki gəmini batırıblar.

2023-cü ilin oktyabrında İsraillə HƏMAS arasında müharibə başlayandan bəri Husilər İsrailə getdiyini və ya İsraillə əlaqəsi olduğunu düşündükləri gəmilərə hücum edirlər. Husilər bu hücumları Fələstin xalqı ilə həmrəylik məqsədilə həyata keçirdiklərini bildirirlər.

May ayında ABŞ və Husilər arasında atəşkəs razılaşması əldə olunub. Razılaşmaya əsasən, Husilər Yəmən sahillərində gəmilərə hücumları dayandırmağa söz veriblər. Əvəzində ABŞ Yəməndə Husilərin nəzarətində olan ərazilərə hava zərbələrini dayandıracaqdı.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp