Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

IDF tərəfindən verilən açıqlamada qeyd edilib ki, Livan boyunca Hizbullaha aid bir sıra hərbi obyektlər və infrastruktur hədəfə alınıb.

Açıqlamada bildirilir ki, hədəflər arasında Hizbullahın son zamanlarda yenidən qurmağa çalışdığı, silahlarla təchiz olunmuş Sidon bölgəsindəki bir infrastruktur da var idi. Həmin bölgə daha əvvəl də İsrail ordusu tərəfindən vurulmuşdu.

Bundan əlavə, Livanın cənubunda yerləşən və raket qurğuları ehtiva edən Hizbullaha məxsus hərbi mövqelərin də vurulduğu bildirilib. Açıqlamada qeyd olunur:

“Bu bölgələrdəki silahların mövcudluğu və Hizbullah döyüşçülərinin fəaliyyəti İsraillə Livan arasında mövcud olan razılaşmaların açıq şəkildə pozulmasıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp