İDF: Qəzza zolağına 80 yardım paketi havadan çatdırılıb
Qüds, 7 avqust (Hibya) – İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında yaşayan insanlar üçün 80 yardım paketinin havadan çatdırıldığını bildirib.
İDF-in yaydığı məlumatda qeyd olunub ki, siyasi rəhbərliyin göstərişləri və İsrailin BƏƏ, İordaniya, Almaniya, Belçika və Kanada ilə əməkdaşlığı çərçivəsində, İsrail ordusu Qəzza zolağında humanitar müdaxiləni yaxşılaşdırmaq üçün tədbirləri davam etdirir.
Son saatlarda Qəzza zolağında yaşayan insanlara beş fərqli ölkə tərəfindən ərzaq da daxil olmaqla 80-dən çox yardım paketi havadan çatdırılıb.
Azərbaycan İnformasiya Agentliyi