Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Baqaei bildirib ki, İran-ABŞ dolayı danışıqlarının beşinci raundu Romada yekunlaşıb.

Baqaei qeyd edib ki, bu raundda İran prinsipial mövqeyini yenidən açıq və aydın şəkildə ortaya qoyub: “Danışıqlar sakit və peşəkar bir şəraitdə keçib. Oman xarici işlər nazirinin maneələrin aradan qaldırılmasına dair təklifləri və fikirləri bu raundda əsas xətt və məzmun olaraq müzakirə olunub.”

O bildirib ki, paytaxtlarda aparılacaq qiymətləndirmələrə paralel olaraq, Oman xarici işlər nazirinin təqdim olunan fikirlərin təfərrüatları üzərində işləməyə davam edəcəyi və bunları hər iki tərəfə əlavə qiymətləndirmə üçün təqdim edəcəyi razılaşdırılıb. “Növbəti danışıqlar raundunun yeri və vaxtı sonradan müəyyən ediləcək və elan olunacaq”, – deyə Baqaei əlavə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp