Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İsrailin Qətərə hərbi hücumu və fələstinli liderləri öldürməyə cəhdini qətiyyətlə pislədi.

Hücum zamanı şəhid olan çoxsaylı fələstinli və qətərli vətəndaşların ailələrinə başsağlığı verən Nazirlik vurğuladı ki, BMT Nizamnaməsinin prinsiplərini və beynəlxalq hüququn əsas qaydalarını açıq şəkildə pozan bu terror hücumu, Qətərin suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq bir təcavüz aktıdır. Qeyd edildi ki, işğal altındakı Fələstində soyqırımı və qətliamlar törədən rejim təcavüzünün miqyasını bütün bölgəni əhatə edəcək şəkildə genişləndirir və bununla da regional və qlobal sülh və sabitlik üçün misilsiz təhlükə yaradır, həmçinin özünün təhlükəli və terrorçu mahiyyətini bir daha nümayiş etdirir.

İran Xarici İşlər Nazirliyi İsrail təcavüzü qarşısında Qətər hökuməti və xalqı ilə həmrəylik və dəstəyini ifadə edərək bildirdi ki, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər səlahiyyətli beynəlxalq qurumlar bu təcavüzkar əmələ diqqət yetirməlidirlər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp