Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai Səna Beynəlxalq Hava Limanına edilən hava hücumunu kəskin şəkildə pisləyib. Hücum zamanı Yəmən Hava Yollarına məxsus sərnişin təyyarəsinin də zədələndiyi bildirilir.

Baqai bildirib ki, bu hücum Yəmən xalqına və regiondakı müsəlman icmalarına qarşı düşmən münasibətinin göstəricisidir. Bəyanatda hücumun Həcc mövsümündə baş verdiyinə diqqət çəkilərək, Yəmənli zəvvarların müqəddəs torpaqlara səfərinin qarşısını almağın məqsəd olduğu vurğulanıb.

İran Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatları, xüsusilə Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) məsələ ilə bağlı təcili və ciddi şəkildə müdaxilə etməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp