Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İrlandiyanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu istiqamətdə qanun layihəsi hazırlanır, lakin belə bir qanunvericilik Avropa İttifaqı ölkələri arasında misilsizdir. Lakin bu addım daha çox simvolik olacaq, çünki idxalın – əsasən meyvə, tərəvəz və taxta – dəyəri 2020–2024-cü illər arasında bir milyon avrodan aşağı olub.

Haaqadakı Beynəlxalq Ədalət Məhkəsi ötən il İsrailin İordan çayının qərb sahili, Şərqi Qüds və Qəzza zolağındakı işğalının qeyri-qanuni olduğuna qərar verdi. İrlandiya hökuməti beynəlxalq hüquqa əməl etməyə və bu ərazilərdən idxalı qadağan etməyə borclu olduğunu düşünür.

Xarici işlər naziri Saymon Harris, ötən il Norveç, İspaniya və Sloveniya ilə birlikdə Fələstin dövlətini tanıyan İrlandiyanın yolunu başqa ölkələrin də izləyəcəyinə ümid etdiyini bildirib. Fransa Prezidenti Emmanuel Makron da yaxın zamanda Fələstini tanıyacağını elan edib.

Harris, qanun layihəsinin təqdim edildiyi Dublindəki mətbuat konfransında deyib: “Ümid edirəm ki, bu məsələdə qanunvericilik edən kiçik bir Avropa dövlətinin qərarı digərlərini də eyni addımı atmağa təşviq edəcək.”

Avropa İttifaqı ötən həftə İsraillə 30 illik ticarət sazişinə yenidən baxacağını açıqlayıb. Xarici işlər üzrə komissar Kaja Kallas bildirib ki, ölkələrin əksəriyyəti bu addımı dəstəkləyir və bu yolla İsrail hökumətinə daha çox təzyiq göstərilə bilər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp