Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Dövlətinin rəsmi tanınmasından bir il sonra İrlandiya, Norveç, Sloveniya və İspaniya "Madrid+" qrupu çərçivəsində iki dövlətli həllin həyata keçirilməsi üçün beynəlxalq öhdəliyi yeniləmək və gücləndirmək, paytaxtı Şərqi Qüds olan, Qəzza və İordan çayının qərb sahilindən ibarət yaşaya bilən və bitişik Fələstin dövlətinin həm fələstinlilərin, həm də israillilərin qanuni milli arzularını və sülh və təhlükəsizlik ehtiyaclarını tam şəkildə ödəyə biləcəyi prinsipinə sadiqliyi gücləndirmək məqsədilə toplaşdılar.

Bəyanatda vurğulanıb ki, uzun illər davam edən durğunluqdan sonra Fələstinin tanınması yalnız əxlaqi cəhətdən doğru deyil, həm də iki dövlətli həllin həyata keçirilməsi ruhunu canlandırmaq üçün zəruri impuls yaradıb. 2024-cü ilin sentyabrında BMT-də beynəlxalq ictimaiyyətin iki dövlətli həllin həyata keçirilməsi üçün Qlobal Alyansın yaradılması barədə razılığa gəldiyi xatırladılıb.

"Madrid+: İki Dövlətli Həllin Tətbiqi Üçün" toplantısında iştirak edən bütün ölkələrlə birlikdə Qlobal Alyansın fəaliyyətinə aktiv şəkildə qatılmaq və Yüksək Səviyyəli Konfransa mənalı qatqı vermək öhdəliyi götürülüb. Bəyanatda vurğulanıb ki, tanınma iki dövlətli həllin həyata keçirilməsi üçün növbəti addımdır və beynəlxalq ictimaiyyətin bütün üzvləri bu həlli reallığa çevirmək üçün, o cümlədən Fələstin və İsrailin ayrıca tanınması, Fələstinin BMT-yə üzvlüyü və tərəflər arasında qarşılıqlı tanınma ilə nəticələnəcək bir razılaşmanın dəstəklənməsi üçün zəruri addımlar atmağa çağırılıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp