İsrail Baş nazirlik ofisi: Suriya ilə danışıqlar davam edir
Qüds, 25 Sentyabr (Hibya) – İsrail Baş nazirlik ofisi Suriya ilə danışıqların davam etdiyini açıqlayıb.
İsrail Baş nazirlik ofisinin bəyanatında qeyd olunub ki, Suriya ilə danışıqlar davam edir.
Vurğulanıb ki, danışıqların nəticəsi İsrailin maraqlarının təmin edilməsindən asılıdır: “Bu maraqlara xüsusilə Cənub-Qərbi Suriyanın silahsızlaşdırılması və Suriyadakı druzların təhlükəsizliyinin təmin edilməsi daxildir.”
Azərbaycan İnformasiya Agentliyi