İsrail ordusu Livanda Hizbullaha məxsus dəqiq raket istehsalı obyektinə hücum edib
Qüds, 26 sentyabr (Hibya) – İsrail Müdafiə Qüvvələri (IDF) Livanda Hizbullaha məxsus dəqiq raket istehsalı obyektinə hücum həyata keçirib.
IDF-in açıqlamasında bildirilib ki, Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə Livanın Bəqə bölgəsində yerləşən terror təşkilatı Hizbullaha məxsus dəqiq raket istehsalı obyektinə zərbə endirilib.
Açıqlamada qeyd olunub ki, bu obyektin mövcudluğu İsrail ilə Livan arasındakı razılaşmaların pozulması deməkdir.
Azərbaycan İnformasiya Agentliyi