Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Səfər İsrailin müharibədən zərər çəkmiş əraziyə tətbiq etdiyi humanitar blokadaya qarşı çıxan qrupların birləşdiyi Azadlıq Donanması Koalisiyası tərəfindən təşkil olunur.

Tunberq iştirakına dair xəbərlərlə bağlı şərh verməyib. May ayının əvvəlində bu qrupla Qəzzaya getməli idi, lakin gəmiyə minməmişdi. Gəmi Maltanın açıq sularında İsrail pilotsuz təyyarəsinin hücumu nəticəsində zərər görüb.

Hücum nəticəsində xəsarət alan olmayıb, lakin gəmidə yanğın baş verib və gövdədə dəlik yaranıb. İsrail bu iddialara münasibət bildirməyib, lakin əvvəllər də Qəzzaya yollanan bənzər gəmilərə hücum etmişdi.

Fəaliyyətdə iştirak edəcək Fransa solçu LFI partiyasının Avropa Parlamenti üzvü Rima Həsən bildirib ki, bu fəaliyyətin bir neçə məqsədi var: “Humanitar blokadanı və davam edən soyqırımı qınamaq, İsrail dövlətinə verilmiş toxunulmazlığa etiraz etmək və beynəlxalq səviyyədə maarifləndirmə aparmaq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp