Kamçatkada 5.9 bal gücündə zəlzələ
Moskva, 19 sentyabr (Hibya) – Rusiyanın şərqində yerləşən Kamçatka yarımadasında 5.9 bal gücündə zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ Kamçatka sahillərində, 70 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin gücü 5.9 bal olaraq ölçülüb.
Azərbaycan İnformasiya Agentliyi