Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın baş naziri Mark Karni bəyanatında deyib: “Rusiyanın dünən gecə Polşa hava məkanına daxil olması təhlükəli idi və gərginliyin artması riskini daşıyırdı.”

Karni vurğulayıb ki, Kanada Polşa və NATO müttəfiqləri ilə həmrəydir, addımlarını onlarla sıx şəkildə əlaqələndirir və Rusiyanın Ukraynaya qarşı münaqişəni genişləndirmək və uzatmaq cəhdlərinə qarşı ayıq qalmağa davam edəcək.

O əlavə edib: “Prezident Putin bir daha açıq şəkildə göstərir ki, sülh yolunu tamamilə rədd edir. Rusiyanın ukraynalı mülki şəxslərə qarşı bir həftəlik amansız hücumlardan sonra atdığı addımlar Ukraynaya sarsılmaz dəstəyimizi bir daha xatırladır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp