Kats: IDF yaxın zamanda Qəzzənin əlavə bölgələrində tam güclə əməliyyata başlayacaq
Qüds, 26 mart (Hibya) – İsrail Müdafiə Naziri İsrael Kats bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) yaxın günlərdə Qəzzənin əlavə bölgələrində tam güclə hərbi əməliyyatlara başlayacaq.
Kats Qəzza sakinlərinə xəbərdarlıq edib.
O, IDF-in yaxın zamanda yeni bölgələrdə tam miqyaslı əməliyyatlara başlayacağını və təhlükəsizlik məqsədilə mülki əhalidən döyüş bölgələrini tərk etmələrinin istəniləcəyini bildirib.
Planların hazır və təsdiq edilmiş olduğunu qeyd edən Kats deyib:
"Fələstin İslam Müqavimət Hərəkatı həyatınızı təhlükəyə atır, evlərinizi itirmənizə və daha çox torpağın İsrailin müdafiə sisteminə daxil edilməsinə səbəb olur. Birinci Sinvar Qəzzanı dağıtdı, ikinci Sinvar isə HƏMAS-dakı qatillər və təcavüzkarlarla birlikdə korrupsiyalaşmış hakimiyyətini qorumaq üçün Qəzzanın yarısını yandırmağa hazırdır. Onlar ailələri ilə birlikdə tunellərdə və ya lüks otellərdə təhlükəsiz şəkildə yaşayırlar, xarici bank hesablarında milyardlarla dollar var, sizləri isə girov saxlayırlar. Beit Lahiya sakinlərindən nümunə götürün. Onlar kimi, HƏMAS-ın Qəzzadan çıxarılmasını və bütün israilli girovların dərhal azad olunmasını tələb edin – bu müharibəni dayandırmağın yeganə yoludur."
Azərbaycan İnformasiya Agentliyi