Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yunanıstanın son kralı II Konstantin ötən il vəfat edib.

Yunanıstanın Daxili İşlər Nazirliyi keçmiş Yunan kralının qohumlarının ölkənin demokratik hökumətini tanıyan bəyannamə imzaladıqlarını açıqlayıb.

Kral ailəsi onilliklər boyu sürgündə olub. Keçmiş Yunan kralı 1981-ci ildə yalnız bir neçə saat ölkəyə qayıdaraq anasının dəfn mərasimində iştirak edib. O, həmçinin 2004-cü il Afina Olimpiadasında xüsusi vətəndaş kimi iştirak edib.

Yunan rəsmilər II Konstantinin hansı qohumlarının vətəndaşlıq üçün müraciət etdiyini açıqlamayıblar. Bununla belə, Yunan mediası onların arasında dul həyat yoldaşı, keçmiş Yunanıstan kraliçası Anna Maria, beş övladı və beş nəvəsinin olduğunu iddia edib.

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp