Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta Malayziyaya səfəri zamanı “Airbus” müəssisələrini ziyarət edib. Onu Malayziyadakı Aİ üzv ölkələrin missiya rəhbərləri müşayiət ediblər.

Kosta səfərlə bağlı açıqlamasında bildirib ki, “Airbus” innovativ və qlobal şirkət olmaqla yanaşı, Malayziyanın aviasiya sənayesinin ayrılmaz hissəsidir. “Airbus Avropanın uğurunun rəmzidir. Avropanın texnoloji biliklərini Malayziyanın istedadı ilə birləşdirərək, şirkət region boyu dayanıqlı inkişafı və birgə innovasiyanı dəstəkləyir,” – deyə o vurğulayıb.

Kosta əlavə edib ki, bu səfər bir daha Avropa İttifaqı ilə Malayziya arasındakı əməkdaşlığın gücünü və ortaq inkişaf vizyonunu nümayiş etdirdi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp