Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Komissar Lahbib bildirib ki, Avropa Komandası Ukraynanı dəstəkləməyə davam edir.

O qeyd edib ki, Aİ və üzv dövlətlər 4,2 milyard avro humanitar yardım səfərbər ediblər və əlavə edib: “Qış yaxınlaşdıqca, həssas əhali üçün risklər artır. Avropa Komissiyası əlavə 40 milyon avro dəstək ayırıb.”

Lahbib diqqətə çatdırıb ki, bu, İttifaqın Mülki Müdafiə Mexanizmi çərçivəsində ən böyük və ən mürəkkəb əməliyyatdır: “Enerji, mina təmizləmə avadanlığı, sığınacaq, KBRN və tibbi ləvazimatlar daxil olmaqla 156 min tondan çox yardım çatdırılıb.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp