Lavrov: Rusiya və Ukrayna arasında yeni danışıqlar raundu tezliklə elan olunacaq
Moskva, 28 may (Hibya) – Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya və Ukrayna arasında yeni danışıqlar raundu tezliklə elan olunacaq.
Təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi beynəlxalq görüşdə çıxış edən Lavrov qeyd edib ki, Moskva yeni birbaşa danışıqlar raundunda Kiyev tərəfindən Ukraynadakı bütün ayrı-seçkilik qanunlarının ləğvini israrla tələb edəcək.
O xatırladıb ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı birbaşa danışıqlar 16 mayda İstanbulda yenidən başlanıb: “16 mayda İstanbulda yenidən başlayan bu danışıqlarda bütün bu ayrı-seçkilik qanunlarının ləğvi məsələsində israr etdik və çox yaxın vaxtda elan edəcəyimiz növbəti birbaşa danışıqlar raundunda da bunu davam etdirəcəyik.”
Azərbaycan İnformasiya Agentliyi