Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bəyanatda deyilir: “Rusiya Xarici İşlər Naziri Lavrov və ABŞ Dövlət Katibi Rubio arasında telefon danışığı baş tutub. Ukraynadakı böhranla bağlı vəziyyət müzakirə olunub.”

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Dövlət Katibi Rubio “1 iyun tarixində Bryansk və Kursk bölgələrində dəmir yolu infrastrukturunun bombalanması nəticəsində mülki vətəndaşların həlak olması ilə bağlı səmimi başsağlığı verib.”

Rusiya XİN əlavə edib: “Rusiya tərəfi qeyd edib ki, məsul orqanlar ən əhatəli araşdırmanı aparır və nəticələr çox yaxın vaxtda açıqlanacaq. Məsul şəxslər mütləq müəyyən ediləcək və layiq olduqları cəzaya çatdırılacaqlar.”

Bəyanatda həmçinin Lavrov və Rubio-nun Ukrayna böhranının siyasi həlli ilə bağlı müxtəlif təşəbbüslər barədə fikir mübadiləsi apardıqları, o cümlədən 2 iyun tarixində İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların yenidən başlanması planlarının da müzakirə edildiyi qeyd olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp