Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bu səhər saatlarında katoliklərin ruhani lideri və Vatikan dövlət başçısı Papa Fransiskin vəfat etdiyi açıqlandı.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, onun vəfatı ilə bağlı başsağlığı paylaşdı.

Paylaşımında belə deyilir:

“O, təkcə Katolik Kilsəsi üçün deyil, dünyanın dörd bir yanındakı milyonlarla insan üçün də bir ilham mənbəyi idi – təvazökarlığı və yoxsullara duyduğu saf sevgi ilə. Bu dərin itkini hiss edən hər kəsin acısını bölüşürəm. Ümid edirəm ki, Papa Fransiskin mirası bizi daha ədalətli, sülhsevər və mərhəmətli bir dünyaya aparmağa davam edəcək və hər kəsə təsəlli verəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp