Lipavski: Həqiqəti deməkdən qorxmayanların yanındayıq
Praqa, 15 iyul (Hibya) – Çexiya xarici işlər naziri Yan Lipavski Aleksey Qorinovu həbs cəzası verən beş hakimə qarşı sanksiyalar tətbiq edildiyini açıqlayıb.
Lipavski bildirib ki, Aleksey Qorinov Ukraynadakı hadisələri açıq şəkildə “müharibə” adlandırdığı üçün məhkum edilən ilk Rusiya vətəndaşıdır.
O əlavə edib ki, Qorinov cəzaçəkmə müəssisəsində işləməyə məcburdur: “Çex Respublikası bu gün onu həbsə göndərən beş hakimi sanksiya siyahısına saldı. Biz həqiqəti deməkdən qorxmayanların yanındayıq.”
Azərbaycan İnformasiya Agentliyi