Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Prezident Zelenski Ukrayna Xarici İşlər Nazirliyi və Prezident Aparatının diplomatları ilə görüş keçirib. O qeyd edib ki, gündəmin birinci bəndi Ukraynaya qarşı Rusiya Təcavüz Cinayətinə dair Xüsusi Məhkəmənin yaradılmasının sürətləndirilməsi və beynəlxalq hüquqa hörmət edən ölkələrlə işin davam etdirilməsidir. O, digər bəndləri belə sıralayıb:

"İkinci bənd gələn həftə Ukrayna səfirləri ilə planlaşdırılan görüşə hazırlıq və xaricdəki Ukrayna nümayəndələrinin vəzifələrinin yenilənməsi ilə bağlı idi.

"Üçüncü məsələ isə BMT Baş Assambleyasına təqdim ediləcək qətnamə layihələri daxil olmaqla beynəlxalq platformalarda atacağımız addımlarla bağlı idi. Biz təcavüzkar dövlətə və onun mövqelərinə qarşı konkret siyasi və hüquqi tədbirlər hazırlayırıq."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp