Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Lukson bildirib ki, görüşdə iki ölkə arasında ticarətin gücləndirilməsi və iqtisadi əməkdaşlığın artırılması məsələləri müzakirə olunub. O vurğulayıb ki, hökumətin ticarətə yönəlmiş siyasəti Birləşmiş Ərəb Əmirlikləri (BAƏ) ilə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Lukson xatırladıb ki, o, yanvar ayında Ticarət naziri Todd McClay ilə birlikdə Əbu Dabidə imzaladığı ticarət sazişinin Yeni Zelandiya ixracatçılarına real faydalar verdiyini bildirib.

Baş nazir qeyd edib ki, ticarət sazişlərinin həyata keçirilməsi hökumətin iqtisadi planının əsas elementlərindən biridir və bu, qlobal səviyyədə ticarət əlaqələrinin inkişafına, artıma, məşğulluğa və gəlirlərin artırılmasına xidmət edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp