Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qrossinin qəzetə dediyinə görə: “Zərər çox böyük idi, lakin bizim qiymətləndirməmizə görə, 60 faiz zənginləşdirilmiş uranın əksəriyyəti, bəlkə də hamısı hələ də mövcuddur. Bundan əlavə, 20 faiz, 5 faiz və 2 faiz səviyyəsində zənginləşdirilmiş materiallar da var. Material hələ də oradadır və biz yekun nəticə çıxarmasaq da, bu qədər yüksək səviyyədə, silah səviyyəsinə yaxın zənginləşdirilmiş materialın mövcudluğu narahatlıq doğurur.”

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi hökumətin uranı sülh məqsədləri üçün zənginləşdirməyə davam etməkdə qərarlı olduğunu və raket proqramının gələcəyi ilə bağlı danışıqlar ehtimalını istisna etdiyini bildirmişdi.

İyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başladı. 24 saatdan az sonra Tehran cavab zərbəsi endirdi. Doqquz gün sonra, iyunun 22-nə keçən gecə ABŞ qırıcıları üç İran nüvə obyektini hədəfə alaraq münaqişəyə faktiki olaraq daxil oldu.

Ertəsi axşam Tehran Qətərdə yerləşən bölgənin ən böyük ABŞ hərbi bazası olan Əl-Udeyd bazasına raket hücumu həyata keçirdi.

ABŞ rəsmilərinin məlumatına görə, itki və ya ciddi zərər qeydə alınmayıb. Daha sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəs barədə razılığa gəldiyini elan etdi. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp