Meloni: Vasitəçilərin səylərini dəstəkləməyə davam edəcəyik
Roma, 9 oktyabr (Hibya) – İtaliyanın Baş Naziri Corciya Meloni bildirib ki, İtaliya vasitəçilərin səylərini dəstəkləməyə davam edəcək və Qəzzanın sabitləşməsi, bərpası və inkişafına töhfə verməyə hazırdır.
Meloni qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Sülh Planının birinci mərhələsinin həyata keçirilməsi ilə bağlı Misirdə əldə edilən razılaşma, Qəzzədə atəşkəsin təmin olunması, bütün girovların azad edilməsi və İsrail qüvvələrinin razılaşdırılmış qaydada geri çəkilməsinə yol açan qeyri-adi bir xəbərdir.
Qəzzadakı münaqişənin başa çatdırılması üçün yorulmaz səylərinə görə Prezident Trampa, həmçinin uğurlu nəticə üçün həyati əhəmiyyət daşıyan səylərinə görə vasitəçilər Misir, Qətər və Türkiyəyə təşəkkür edən Meloni belə deyib:
“Bu razılaşma və Tramp Planının müəyyən etdiyi geniş yol bu münaqişəyə son qoymaq üçün unikal bir fürsətdir və bundan istifadə edilməlidir. Buna görə də bütün tərəfləri razılaşdırılmış tədbirlərə tam əməl etməyə və Sülh Planında nəzərdə tutulan növbəti addımları sürətlə həyata keçirməyə çağırıram.”
Meloni bildirib ki, İtaliya vasitəçilərin səylərini dəstəkləməyə davam edəcək və Qəzzanın sabitləşməsi, bərpası və inkişafına töhfə verməyə hazırdır.
Azərbaycan İnformasiya Agentliyi