Merkel: Almaniyanı investisiyalar üçün daha cəlbedici edəcəyik
Almaniya kansleri Fridrix Mers bəyan edib ki, özəl investisiyaların artırılması məqsədilə biznes dünyasının aparıcı simalarından biri olan Martin Blessing, Kanslerlik yanında İnvestisiyalara cavabdeh şəxsi nümayəndə təyin olunub.
Mers açıqlamasında bildirib: “Almaniya özəl investisiyalar üçün cəlbedici qalmalı və daha da cəlbedici olmalıdır. Martin Blessing, Almaniyanın investisiya mühitinə yeni bir təkan vermək üçün son dərəcə uyğun bir fiqurdur.”
Kansler Mers qeyd edib ki, Blessing ilə səmərəli əməkdaşlıq həyata keçirməyi hədəfləyirlər və əlavə edib: “Uğurlu əməkdaşlıq arzulayıram.”
Azərbaycan İnformasiya Agentliyi