Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Almaniya kansleri Fridrix Mers açıqlamasında bildirib ki, Polşa bu gün NATO müttəfiqlərini Rusiyanın silahlı PUA-larının hava məkanını pozması barədə məlumatlandırıb.

Mers deyib: “Alman hökuməti Rusiyanın bu təcavüzkar hərəkətini ən sərt şəkildə qınayır.”

O əlavə edib: “Rusiya NATO və Aİ üzvü olan bir ölkədə insan həyatını təhlükəyə atdı. Bu məsuliyyətsiz hərəkət Baltik dənizi bölgəsində və NATO-nun şərq cinahında uzun təxribatlar zəncirinin bir hissəsidir.

Polşanın tələbi ilə NATO Şurası bu gün Rusiyanın Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi çərçivəsindəki hərəkətlərini müzakirə etdi.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp