Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Jurnalda yayımlanan məqalədə deyilir: "ABŞ Hərbi Hava Qüvvələri KC-135 və KC-46 yanacaq tanker təyyarələrini Amerika qitəsindəki bazalardan Atlantikanın o biri tərəfinə misilsiz şəkildə yerləşdirib və bu, təyyarələrin İsrail–İran müharibəsində istifadə ediləcəyi ilə bağlı ciddi ehtimallar doğurur."

Military Watch-un məlumatına görə, təyyarələrin sayı artmaqda davam edib və 15 iyun gecə saatlarında 30-u keçib. Bir çox Qərb ölkələrinin İsrail Hərbi Hava Qüvvələrinin hava yanacaq doldurma əməliyyatlarını dəstəkləmək üçün tanker göndərdiyi bildirilir ki, bu da yeni yerləşdirilən təyyarələrin də İsrail təyyarələrini yanacaqla təmin etməsi ehtimalını gündəmə gətirir.

Jurnala görə, bu təyyarələrin Atlantikanın o tayına göndərilməsinin başqa bir məqsədi də ABŞ-ın müharibəyə daha aktiv şəkildə qoşulması halında ABŞ Hərbi Hava Qüvvələri və Donanmasının döyüş və bombardman təyyarələrini yanacaqla təmin etməkdir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp