Tramp Rusiyaya "10 və ya 12" gün vaxt verdi
Vaşinqton, 28 iyul (Hibya) – Tramp Ukrayna mövzusunda irəliləyiş olmadığını əsas gətirərək Rusiyaya "10 və ya 12" gün vaxt verdiyini açıqladı.
Böyük Britaniyanın Baş naziri Starmer ilə birgə mətbuat konfransında Trampa Rusiyaya dair əvvəlki açıqlamaları və Ukrayna ilə bağlı sülh razılaşması üçün müddətin qısaldılması ilə bağlı suallar verildi.
Tramp bildirib ki, Rusiyaya təzyiqi artırmaq məqsədilə, irəliləyiş olmadığı təqdirdə müddəti "10 və ya 12" günə endirəcək.
“Yeni bir son tarix müəyyən edəcəyəm, təxminən 10, 10 və ya 12 gün. Gözləməyə heç bir səbəb yoxdur. Əvvəl 50 gün idi, səxavətli olmaq istədim, amma indi heç bir irəliləyiş görmürük”, – deyə Tramp qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi