Netanyahu Hindistanın Baş naziri Modi ilə telefonla danışıb
Qüds, 24 aprel (Hibya) – İsrailin Baş naziri Benyamin Netanyahu Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.
İsrailin Baş naziri Benyamin Netanyahu Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.
Netanyahu Kəşmirdə baş vermiş islamçı terror hücumu ilə əlaqədar həm öz adından, həm də İsrail xalqı adından Hindistan xalqına başsağlığı verib. Baş nazir Modi isə İsrailin bu acını paylaşmasına görə Netanyahuya təşəkkür edib və iki ölkənin qlobal terrorla mübarizədə çiyin-çiyinə dayandığını vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi