Netanyahu: İsrail Yaxın Şərqdə və ondan kənarda azadlığı müdafiə edir
Qüds, 14 iyun (Hibya) – İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Yaxın Şərqdə və ondan kənarda azadlığı müdafiə edir: “Özümüzü müdafiə etməklə başqalarını da müdafiə edirik.”
Baş nazir Netanyahu ABŞ Prezidenti Donald Trampı doğum günü münasibətilə təbrik edib.
O bildirib ki, İsrail azadlığı, bizi məhv etmək üçün atom bombası hazırlamaq istəyən qəddar və radikal İran rejiminə qarşı müdafiə edir.
“Biz özümüzü müdafiə etməklə, eyni zamanda sülh içində yaşayan ərəb qonşularımızı, ərəb dostlarımızı, Avropanı və daim müdafiəmizdə bizə kömək edən Amerika Birləşmiş Ştatlarını müdafiə edirik. Bu, mühüm bir vəzifədir,” – deyə Netanyahu bildirib.
Azərbaycan İnformasiya Agentliyi