Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

OCHA rəhbəri Tom Fletcher-in əməkdaşlara ünvanladığı məktubda qeyd olunub ki, büdcə ixtisarları səbəbindən ofis işçi heyətini 20 faiz azaltmağı planlaşdırır. Təxminən 500 əməkdaş işdən çıxarılacaq.

Fletcher bildirib ki, ABŞ agentliyə ayırdığı vəsaiti dayandırıb. ABŞ uzun illərdir qurumun ən böyük donorudur və illik büdcəsinin təxminən 20 faizini təmin edirdi. Bu il OCHA-nın ABŞ-dan nə qədər vəsait alacağı ilə bağlı açıqlama verilməyib və məsələ hələ də araşdırılır.

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə (USAID) ayrılan hökumət vəsaitini əhəmiyyətli dərəcədə azaldıb. ABŞ hökuməti BMT-nin bəzi təşkilat və layihələrinə də maliyyə dəstəyini dayandırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp