Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Prezident Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Görüşdə Rusiyadan xarici işlər naziri Sergey Lavrov, Prezidentin müşaviri Yuri Uşakov və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov, İrandan isə səfir Kazım Cəlali və xarici işlər nazirinin müavini Kazım Qəribabadi iştirak ediblər.

Putin bildirib ki, baş verən hadisələrə dair mövqeləri yaxşı məlumdur: “İrana qarşı təməliz təcavüz üçün heç bir əsas yoxdur. İranla uzunmüddətli, yaxşı və etibarlı münasibətlərimiz var. Biz öz tərəfimizdən İran xalqına kömək etməyə çalışırıq.”

Putin Əraqçinin Moskvada olmasından məmnun olduğunu ifadə edərək deyib: “Bu, bütün bu təcili məsələləri müzakirə etmək və mövcud vəziyyətdən necə çıxmaq barədə birlikdə düşünmək imkanı verəcək. Zəhmət olmasa İran Prezidentinə və dini lider Ayətullah Xameneiyə ən xoş arzularımı çatdırın.”

Əraqçi bildirib ki, Rusiya Buşehrdə atom elektrik stansiyası tikərək, bu sahədə və nüvə sazişlərinə çatmaqda İrana kömək edib: “Rusiya yaxşı razılaşmalar əldə etməyimizə müsbət töhfə verib. Amma təəssüf ki, vəziyyət gündən-günə gərginləşir – çünki obyektlərimizə hücum etməyə qərar veriblər. Təkcə İsrail yox, amerikalılar da.”

“İsrail və ABŞ-ın bu təcavüzkar hərəkətləri tamamilə qanunsuzdur, beynəlxalq hüquq və normaları pozur. Biz indi suverenliyimizi və ölkəmizi müdafiə edirik – bu müdafiə tamamilə qanunidir,” – deyə əlavə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp