Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bu açıqlama ötən həftə bir nəfərin ölümü və 100-dən çox insanın yaralanması ilə nəticələnən etirazlardan sonra verilib.

Ceri bildirib ki, gecə yarısından dərhal sonra qüvvəyə minən və Nazirlər Şurası tərəfindən təsdiqlənən bu tədbir, ictimai asayişin təmin olunması üçün silahlı qüvvələrin polis ilə birlikdə yerləşdirilməsinə icazə verir. O, əlavə təfərrüat açıqlamayıb.

Televiziyada yayımlanan çıxışında Ceri deyib: “Biz cinayətkarlığa qarşı mübarizədə müdafiədən hücuma keçiririk; bu mübarizə milyonlarla perulunun sülhünü, sakitliyini və etimadını bərpa etməyimizə imkan verəcək.”

Ceri bu ayın əvvəlində keçmiş prezident Dina Boluartenin vəzifədən kənarlaşdırılmasından sonra and içib. O, ötən həftə yeni kabinetini təqdim edib və cinayətkarlığa qarşı mübarizəni ən yüksək prioritet elan edib.

Prezident, həmçinin, vətəndaş cəmiyyəti qrupları və “Z nəsli” adlandırılan gənclər tərəfindən artan cinayət səviyyəsinə qarşı tədbirlər tələb edən ilk böyük etirazla üzləşib.

Bu, Perunun təhlükəsizliklə bağlı narahatlıqları aradan qaldırmaq üçün fövqəladə vəziyyət elan etməsi ilk dəfə deyil. Keçmiş prezident Boluarte mart ayında eyni 30 günlük tədbiri tətbiq etmişdi, lakin analitiklər və təhlükəsizlik mütəxəssisləri təkrarlanan fövqəladə vəziyyətlərin cinayəti azaltmaqda çox da təsirli olmadığını bildirirlər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp