UNRWA: Yardımlar məhdudlaşdırılmamalıdır
Nyu-York, 22 oktyabr (Hibya) – Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyi (UNRWA) bildirib ki, bütün keçid məntəqələri açılmalı və yardımlar məhdudlaşdırılmamalıdır.
UNRWA-nın bəyanatında qeyd olunub ki, Qəzzəyə çatan yardım “təcili ehtiyaclarla müqayisədə okeanda bir damladır.”
Bəyanatda vurğulanıb: “Bütün keçidlər açılmalı, yardımlar məhdudlaşdırılmamalıdır. UNRWA-nın İordaniya və Misirdə həyati əhəmiyyətli humanitar yardım yükləri daşıyan təxminən 6 min yük maşını yola düşməyi gözləyir.”
Azərbaycan İnformasiya Agentliyi