PKK terror təşkilatı özünü buraxdığını elan etdi
PKK terror təşkilatı lideri Abdullah Öcalanın silahları yerə qoymaq çağırışından sonra qurultay keçirilib və təşkilat özünü buraxdığını elan edib.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Baxçelinin “Terrorçusuz Türkiyə” təşəbbüsü çərçivəsində verdiyi açıqlamadan sonra, terror təşkilatının lideri Abdullah Öcalan PKK-nın silah qoyması və özünü buraxması üçün çağırış etmişdi.
DEM Partiyasının sözçüsü Ayşəgül Doğan 9 may tarixində PKK-nın qurultay keçirməsinin an məsələsi olduğunu demişdi və daha sonra təşkilat da qurultayın keçirildiyini elan etmişdi.
PKK terror təşkilatı qurultaydan sonra özünü buraxdığını açıqlayıb.
Azərbaycan İnformasiya Agentliyi