Prezident Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinlə danışdı
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Ərdoğan-Putin danışığı zamanı Rusiyanın Dağıstan bölgəsində baş verən terror hücumları müzakirə olunub. Prezident Ərdoğan Türkiyənin terrorizmin bütün növlərinə qarşı olduğunu, hücumları qətiyyətlə qınadıqlarını bildirərək, həyatını itirənlər üçün Rusiya xalqına başsağlığı verib, yaralılara tezliklə şəfa diləyib.
Ərdoğan, həmçinin, Türkiyənin bölgədəki bütün münaqişələrin sona çatdırılması üçün səylərini davam etdirəcəyini bildirib.
Azərbaycan İnformasiya Agentliyi