Prezident Ərdoğan Ukrayna Prezidenti Zelenski ilə danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Prezident Ərdoğan, Ukrayna tərəfinin xahişi ilə Prezident Zelenski ilə telefon danışığı aparıb.
Görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, İstanbulda Ukrayna və Rusiya arasında keçirilən birbaşa danışıqlarda əldə edilən irəliləyişi dəyərləndirirlər və ümid etdiyini bildirib ki, növbəti mərhələlərdə atəşkəs barədə əhəmiyyətli nəticələr əldə ediləcək və bu da davamlı sülhə aparan yolda olacaq.
O qeyd edib ki, Türkiyə liderlər səviyyəsində sammitə ev sahibliyi etməyə hazırdır və hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılmasının sammitə gedən yolu açacağına inanır.
Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.
Azərbaycan İnformasiya Agentliyi