Prezident Ərdoğan Ukrayna Prezidenti Zelenski ilə görüşdü
Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın paytaxtı Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Prezident Ərdoğan NATO Zirvəsi üçün getdiyi Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüşdə Ukrayna-Rusiya müharibəsinin gedişi, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Türkiyənin Ukrayna-Rusiya müharibəsinin ədalətli bir sülh ilə nəticələnməsi üçün səylərini davam etdirdiyini və Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən canlandırılması üçün işlərin başladığını bildirib.
Ərdoğan, Türkiyənin sülh üçün vasitəçilik daxil hər cür təşəbbüsə hazır olduğunu da bildirib.
Azərbaycan İnformasiya Agentliyi