Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bu səhər Katoliklərin ruhani lideri və Vatikan Dövlətinin başçısı Papa Fransiskin vəfat etdiyi bildirildi.

Rusiya Prezidenti Vladimir Putin başsağlığı mesajı paylaşıb.

Putin mesajında belə qeyd edib: “Papa Fransisk xristian təlimlərinə sadiq bir xidmətçi, müdrik bir ruhani lider, dövlət xadimi və humanizm və ədalət dəyərlərinin ardıcıl müdafiəçisi kimi dünya miqyasında böyük hörmət qazanmışdı. Papa olaraq xidmət etdiyi bütün illər ərzində Rusiya Pravoslav Kilsəsi ilə Roma Katolik Kilsəsi arasında dialoqu, eləcə də Rusiya ilə Vatikan arasında konstruktiv əməkdaşlığı fəal şəkildə təşviq edib. Bu qeyri-adi insanla bir neçə dəfə görüşmək fürsətim oldu və onu hər zaman böyük sevgi və hörmətlə xatırlayacağam.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp