Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin bəyanatına görə, Qətərin Baş naziri və Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrahman bin Casim Al Sani və Özbəkistan Respublikası Xarici işlər naziri Vəxtiyar Səidov Dohada iki ölkə arasında strateji tərəfdaşlıq üçün Koordinasiya Şurasının açılış iclasına sədrlik ediblər. Görüşlə bağlı bəyanatda deyilib:

“İclasın əvvəlində Qətər Baş naziri və Xarici işlər naziri özbək həmkarını və onu müşayiət edən nümayəndə heyətini qarşıladı; həmçinin Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saninin Şuranın uğurlu olması və Qətər-Özbəkistan arasında çoxşaxəli əlaqələrin daha da inkişaf etməsi üçün səmimi arzularını çatdırdı.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp