Qebreyesus Sudandakı humanitar böhranla bağlı: Ən yaxşı dərman sülhdür
Cenevrə, 4 iyun (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus Sudanda davam edən qarşıdurmalar səbəbindən baş verən humanitar faciəyə diqqət çəkib.
Qebreyesus bəyanatında qeyd edib ki, uşaqlar aclıqla üz-üzədir və humanitar yardım işçiləri həyatlarını itirirlər: “Sudandakı acınacaqlı vəziyyət davam edir – uşaqlar aclıqla mübarizə aparır, humanitar yardım işçiləri isə həyati vacib yardımı çatdırmağa çalışarkən ölürlər.”
O, BMT-nin Dünya Ərzaq Proqramı (WFP) və UNICEF-in əməkdaşlarının həlak olması ilə bağlı başsağlığı verərək bildirib: “Bu gün itirdiyimiz həmkarlarımız üçün WFP və UNICEF-ə ən dərin hüznlə başsağlığı veririk.”
Qebreyesus açıqlamasını belə yekunlaşdırıb: “Ən yaxşı dərman sülhdür.”
Azərbaycan İnformasiya Agentliyi