Mers: Putin bu müharibəni dayandırmaq üçün Ukrayna daha da güclənməlidir
Berlin, 6 iyun (Hibya) — Almaniya kansleri Fridrix Mers ABŞ Prezidenti Donald Trampla görüşüb.
Kansler Mers ABŞ və Almaniyanın eyni genetik quruluşa malik olduğunu bildirib: “Biz tərəfdaşıq. Biz dostuq. Biz sözün əsl mənasında bir ailəyik.”
Mers qeyd edib ki, ABŞ-da yaşayan bir çox vətəndaşın əcdadları Almaniyadan gəlib: “ABŞ Prezidenti Donald Trampa babasının doğum şəhadətnaməsinin surətini verdim. O, 1869-cu ildə Almaniyanın Kallştadt şəhərində anadan olub.”
Mers həmçinin bildirib ki, Prezident Tramp Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini dayandırmaqda əsas rol oynayır: “Bunu ona bu gün həm çöldə, həm də Oval ofisdəki görüşlərimizdə dedim. O, Rusiyaya təzyiq göstərə bilər. Biz, avropalılar və amerikalılar, Ukraynadakı qırğına qarşı hərəkətə keçmək borcundayıq.”
Mers Ukraynanın yanında olduqlarını vurğulayaraq bildirib ki, Putin bu müharibəni dayandırmaq üçün Ukrayna daha da güclənməlidir.
Azərbaycan İnformasiya Agentliyi