Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin ABŞ-dakı səfiri Şeyx Meşal bin Həməd Al Tani, Vaşinqtonda yerləşən Qətər səfirliyinin yeni binasının açılışını həyata keçirib.

Mərasimdə ABŞ administrasiyası və Konqres üzvləri ilə yanaşı, tanınmış siyasi, iqtisadi və ictimai xadimlər, siyasət müşavirləri, analitik mərkəzlərin nümayəndələri və ərəb və xarici diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Açılışda çıxış edən səfir Al Tani bildirib ki, yeni səfirlik binası Qətər ilə ABŞ arasında mövcud olan güclü və davamlı münasibətlərin bir göstəricisidir.

O qeyd edib ki, bu yeni bina iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsi səylərində mühüm mərhələ olacaq və Qətərin siyasi, iqtisadi, mədəni və təhsil sahələrində ikitərəfli əməkdaşlığı davam etdirmək əzmini bir daha təsdiqləyib. Al Tani əlavə edib ki, yeni səfirlik binası qarşılıqlı anlaşmanı və əlaqələri təşviq edən bir platforma kimi xidmət göstərəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp