Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin bəyanatına görə, Qətər Dövləti, BMT Baş katibi Antonio Quterreşə və BMT-də Koreya Respublikasının Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili və sentyabr ayı üzrə Təhlükəsizlik Şurasının sədri Sanqcin Kimə, paytaxt Dohada Həmas Siyasi Bürosunun bəzi üzvlərinin yaşadığı evləri hədəf alan İsrail hücumu ilə bağlı müraciət göndərib.

Müraciət, Qətər Dövlətinin BMT-dəki Daimi Nümayəndəsi Şeyxa Alya Əhməd bin Seyf Al-Tani tərəfindən təqdim edilib.

Qətər Dövləti müraciətin Təhlükəsizlik Şurasının üzvlərinə paylanmasını və Şuranın rəsmi sənədi kimi dərc olunmasını tələb edib.

Müraciətdə Qətər Dövləti hücumu ən sərt şəkildə pisləyib və onu bütün beynəlxalq qanun və normaların açıq şəkildə pozulması, eləcə də qətərlilərin və onun ərazisində yaşayanların təhlükəsizliyi üçün ciddi təhdid kimi qiymətləndirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp