Qüdsdə avtobusa silahlı hücum
Qüds, 8 sentyabr (Hibya) — İki silahlı şəxsin avtobusa atəş açması nəticəsində 5 nəfər həlak olub, ondan çox adam yaralanıb.
İsrail Xarici İşlər Nazirliyi Qüdsdə baş verən terror hücumu ilə bağlı açıqlama yayıb.
Nazirlik rəsmiləri bildiriblər ki, iki terrorçu avtobusa atəş açaraq sərnişinləri, yoldan keçənləri və çatdıqları hər kəsi hədəf alıb.
Hücum nəticəsində 5 nəfər həlak olub, ondan çox adam yaralanıb. Açıqlamada qeyd olunub ki, İsrailin apardığı mübarizə terrora qarşı duran hər kəs üçündür.
Azərbaycan İnformasiya Agentliyi