Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT Baş katibi Quterreş qeyd edib ki, Qəzzadakı fələstinlilər bu münaqişənin ən amansız mərhələsini yaşayırlar.

İsrailin təxminən 80 gün ərzində həyat qurtaran beynəlxalq yardımların girişinə mane olduğunu xatırladan Quterreş deyib: “Aclıqla bağlı aparıcı qiymətləndirmələrə əsasən, Qəzzanın bütün əhalisi aclıq təhlükəsi ilə üz-üzədir. Ailələr aclıq çəkir, ən əsas ehtiyaclarından məhrum edilirlər. Bütün dünya izləyir. İsrailin beynəlxalq humanitar hüquqa əsasən açıq öhdəlikləri var. O, mülki şəxslərə insan kimi davranmalı, onların doğuşdan malik olduğu ləyaqətinə hörmət etməlidir. İşğalçı qüvvə kimi lazım olan yardımı qəbul etməli və onun çatdırılmasını asanlaşdırmalıdır.”

Quterreş xəbərdarlıq edib ki, ərzaq paketləri və buğda ununun ehtiyacı olan insanlara birbaşa paylanmasının qarşısı alınmağa davam edərsə, BMT əməkdaşlarının həyatı da risk altında olacaq.

“Bunlar olmadan – qanunun aliliyinin olmaması, aylarla davam edən blokada, ümidsiz əhali və yetərli təchizatın olmaması fonunda – təhlükəsizlik insidentləri və talan riski yüksək olaraq qalır. Bu gün Qəzzanın 80%-i ya İsrail tərəfindən hərbiləşdirilmiş zona elan olunub, ya da əhalidən oranı tərk etməsi tələb olunub. Başqa sözlə, Qəzza torpaqlarının beşdə dördü artıq xalq üçün qadağan olunmuş əraziyə çevrilib. Beləliklə, müəyyən anda neçə yük maşınının orada olduğundan daha çox, ümumi mənzərəyə fokuslanmaq vacibdir. Və ümumi mənzərə ondan ibarətdir ki, sürətli, etibarlı, təhlükəsiz və davamlı humanitar yardım olmadan daha çox insan öləcək və bu, əhalinin uzunmüddətli taleyinə ciddi təsir göstərəcəkdir.”

Quterreş əlavə edib ki, BMT beynəlxalq hüquqa və humanitar prinsiplərə – insanlıq, qərəzsizlik, müstəqillik və neytrallığa hörmət etməyən heç bir mexanizmin tərkib hissəsi olmayacaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp