Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Hesabatda deyilir: “2025-ci ilin sonuna kimi faiz dərəcəsinin 16%-ə endirilməsi ən real ssenaridir. İnflyasiyanın 7-8% civarında olacağı gözlənildiyindən, real faiz dərəcəsi 9-10% olacaq və bu da sərt pul siyasətini qoruyacaq.”

Analitiklərin fikrincə, əsas faiz dərəcəsinin 16%-ə endirilməsi inflyasiyada ciddi artıma səbəb olmayacaq və bu, mütləq şəkildə rublun kəskin zəifləməsi demək deyil.

Eyni zamanda, mütəxəssislərin bildirdiyinə görə, biznes sektoru iqtisadi fəallığın stimullaşdırılması üçün faiz dərəcəsinin 12%-ə qədər daha qəti şəkildə endirilməsini təklif edir.

Hesabat müəllifləri qeyd edirlər ki, “belə bir addım kredit və istehlak seqmentində aktivliyin artması fonunda durğunluq və inflyasiya təzyiqlərinin artması risklərini daşıyır.”

Mütəxəssislərə görə, əsas faiz dərəcəsinin qəfil azaldılması riskini minimuma endirmək üçün Rusiya Mərkəzi Bankı 2025-ci ilin iyulunda 2 bəndlik azalma ilə başlamalı və sonra “makroiqtisadi göstəriciləri qiymətləndirmək üçün fasilə” verərək tədrici endirmə dövrünə keçməlidir.

6 iyun tarixində Rusiya Federasiyası Mərkəzi Bankı təxminən üç ildən sonra (sentyabr 2022-dən bəri) ilk dəfə əsas faiz dərəcəsini illik 21%-dən 20%-ə endirib.

Rusiyada faiz dərəcəsi ötən ilin oktyabr ayının sonundan bəri yeddi aydan artıq müddətdə tarixi zirvədə qalıb. Eyni zamanda, Mərkəzi Bank neytral mövqe tutub və növbəti addımlarının istiqaməti barədə məlumat verməyib: qərarlar inflyasiyanın azalma sürətindən və davamlılığından, həmçinin inflyasiya gözləntilərindən asılı olacaq.

Rusiya Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı növbəti iclası bu gün keçiriləcək.

Roscongress 2007-ci ildə iqtisadi potensialın inkişafını dəstəkləmək, Rusiyanın milli maraqlarını müdafiə etmək və imicini gücləndirmək məqsədilə yaradılıb. Fond Rusiya və qlobal iqtisadi gündəmlə bağlı məsələləri əhatəli şəkildə araşdırır, təhlil edir və təqdim edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp